Bakının Nərimanov rayonu, Murtuza Nağıyev küçəsi, 4-6 ünvanında yerləşən qeyri-qanuni beşmərtəbəli tikili məhkəmə qərarı ilə sökülür.
APA xəbər verir ki, tikilidə olan əşyalar çıxarılaraq məhəllədəki sığınacağa yerləşdirilib.
Tikintinin iki mərtəbəsi obyekt kimi, üç mərtəbə isə yaşayış evi kimi istifadə edilib.
Nərimanov rayonunda qeyri-qanuni tikintilərə nəzarət edən rayon icra hakimiyyətinin işçisi Nurlan Həsənov bildirib ki, tikili tam söküləcək.
Qeyd edək ki, beşmərtəbəli tikili hazırda Londonda yaşayan hüquqşünas Qurban Məmmədova məxsusdur.
Mətbuatda gedən məlumatlara görə, bir müddətdir, xaricə yaşayan Qurban Məmmədova Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və şöbə müdiri Əli Həsənovun diktəsi ilə mənzillər və obyektlər verilib.
Həmin obyektlərdən biri də hazırda sökülən, Nərimanov rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev tərəfindən Q. Məmmədova verilmiş beşmərtəbəli binadır.
araz.az xəbər portalı.