Bakının Nərimanov rayonu Murtuza Nağıyev küçəsi 4-6 ünvanında yerləşən qeyri-qanuni beşmərtəbəli tikili məhkəmə qərarı ilə sökülür
Mia.az bildirir ki, APA-nın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, tikilidə olan əşyalar çıxarıb məhəllədəki sığınacağa yerləşdirilib.
Tikintinin iki mərtəbəsi obyekt kimi, üç mərtəbə isə yaşayış evi kimi istifadə edilib.
Nərimanov rayonunda qeyri-qanuni tikintilərə nəzarət edən rayon İcra Hakimiyyətinin işçisi Nurlan Həsənov bildirib ki, tikili tam söküləcək.
Qeyd edək ki, beşmərtəbəli tikili hazırda Londonda yaşayan hüquqşünas Qurban Məmmədova məxsusdur.
Mətbuatda gedən məlumatlara görə, bir müddətdir, xaricə yaşayan Qurban Məmmədova Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və şöbə müdiri Əli Həsənovun diktəsi ilə mənzillər və obyektlər verilib.
Onu da qeyd edək ki, indi tikintini sökülməsinə rəhbərlik edən Nurlan Həsənovun özünün məhz ilk əvvəl Qurban Məmmədovla sövdələşməyə getməsi haqda mətbuatda xəbərlər yayılıb.
araz.az xəbər portalı.