Gəncə şəhərinin keçmiş İcra Hakimiyyəti başçısı Elmar Vəliyevin adamları Gəncənin Hacıkənd qəsəbəsində olan bəzi torpaq sahələrini satışa çıxarıb. Belə bir iddianı Cavad Xan Tarix Mədəniyyət Qoruğunun vitse-prezidenti Müzadil Həsənov öz facebook səhifəsində paylaşıb.
Pravda.az-ın xəbərinə görə, M.Həsənov bildirib ki, sabiq icra başçısı Hacıkənd qəsəbəsində olan bəzi əraziləri qeyri-qanuni yollarla müxtəlif adamların adına özəlləşdirib.
“Elmar Vəliyev vaxtı ilə Gəncədə geniş miqyaslı abadlıq, quruculuq işləri” adı altında Gəncənin ən məşhur tarixi yay istirahət məkanı olan Hacıkənd, 150-160 il yaşı olan bu qəsəbə bütün tarixi binaları ilə birlikdə ekskavatorun qabağına verilib dağıtdırdıldı. Sonra da bu yerləri qudası Kərəm Həsənovla birlikdə qeyri-qanuni yollarla özəlləşdirdi. İndi isə illərdir viran qalmış bu əraziləri artıq həyasızcasına satışa çıxarıblar. Düşünürəm ki, Gəncə şəhər İcra Hakimiyyəti ölkə rəhbərliyi qarşısında bu məsələni qaldırmalı və hüquq-mühafizə orqanları tərəfindən bu qanunsuzluqlar tam araşdırmalı, bu cinayət əməllərə hüquqi qiymət verilməlidir” – deyə Müzadil Həsənov bildirib.7news.az
araz.az xəbər portalı.