WhatsApp Image 2020 09 05 at 23.05.59 İllərdir müsəlman ölkəsi olan Azərbaycanda Gəncə zonasında yaşayan dindarlardan düşmən, ekstremist obrazı yaradıb onları həbsxanalara dolduran hakimiyyət təmsilçilərinin davranışına və bu gün Gəncədə Prezidentin köməkçisi Anar Ələkbərovun dindarlarla görüşünə, onlara dediklərinə diqqət yetirin. 
Gəncədə Məscidə ayaqqabılı girib “Haradadır Sizin Allahınız, mən onu görmürəm” deyən hakimiyyət nümayəndələrinin əvəzinə bu gün ölkədə Din və Dindarlarla bağlı görülən işlərdən hesabat verənlərin fərqini görün. Bu cür ciddi dəyişiklikləri görməyənlər sadəcə yaxşı heç nəyi görmək istəməyən, hər şeyi qara rəngdə görənlərdir.
 
 
 
Aslan İsmayılov,
hüquqşünas.

araz.az xəbər portalı.