2019 11 15 15 02 01aqilabbas 1573840320İndicə Aysel Əlizadə adlı bir xanım yazıçının bir statusu ilə rastlaşdım. Statusu həm saytımızda paylaşdım, həm də 5 sentyabr qəzetimizdə oxuya bilərsiniz.

Bəybala Quliyev adlı 4 uşaq atası, Qarabağ qazisinin vəziyyəti çox ağırdı, ölümlə çarpışır. Həkimlərin rəyinə görə, bir aya qədər əməliyyat olunmasa öləcək. Əməliyyat üçün 115 min manat pul lazımdı və müalicəsi də Türkiyədədi. İlik xərçəngidi, doğma qardaşı da donordu.

Niyə sizə müraciət elədim? O, Ağdam uğrunda gedən döyüşlərdə qeyrətlə vuruşub. Ağdamda döyüşərək şəhid olan və ya qazi olan hər bir kəs ağdamlıdı.

Biz bu qardaşımızı xilas edə bilərik. Saytımızda onun telefon nömrəsi də var və «Kapitalbank»dakı hesab nömrəsi də.

Mən sizin vəziyyətinizi, maddi imkanlarınızı, hansı çətinlikdə yaşadığınızı bəlkə də hamıdan yaxşı bilirəm. Amma onu da bilirəm ki, bizim camaat heç vaxt heç kimi darda qoymayıb.

Eləcə də bütün qarabağlı dostlarımdan xahiş edirəm, Bəybala Quliyevin övladlarını atasız qoymayaq!

Hörmətlə:

Aqil ABBAS
(adalet.az)

araz.az xəbər portalı.