2018 10 01 194204Neft bazarında baş verənlər Rusiyanın heç ürəyincə deyil.

Dövlət başçısı Vladimir Putin də bununla bağlı narahatlıq ifadə etmişdi. “Urals”ın barelinin 40 dollar civarında satılması ölkə iqtisadiyyatına böyük zərbə vurur.

Vladimir Putin

Bizimyol.info xəbər verir ki, Rusiya neftini sata bilmir. Avqustun göstəriciləri yalnız bədbinliyə əsas verir. Keçən ay istehsal olunan 41.7 milyon ton neftin təxminən 40 faizi ixrac olunub. Rusiya yanacağın 16.88 milyon tonunu sata bilib. Məsələn, iyulda 22.6 faiz çox məhsul ixrac edilmişdi. Ümumiyyətlə, həmin ay avqusta nisbətən istehsal da 12.8 faiz çox olmuşdu.

Putin son çıxışlarında neft bazarındakı vəziyyətlə bağlı xüsusi uzun danışır. Rusiyanın dövlət başçısı hadisələrin belə gedişinin ölkə üçün yaxşı nəticələnməyəcəyini söyləməkdən çəkinmir. Putin neftin barelinin 46 dollara satılmasını da qənaətbəxş saymır. Onun fikrincə, qiymət bir az da artmalıdır.

Amma mütəxəssislər nikbin proqnozlar verməyə tələsmir. Onlar hesab edir ki, aviareyslər tam bərpa olunmasa, Putinin arzusu reallaşmayacaq.

araz.az

araz.az xəbər portalı.