Dünyanın ən böyük sosial şəbəkə platforması sayılan “Facebook”un rəhbəri Mark Zukerberq bu ilin noyabr ayının 3-də keçiriləcək prezident seçkilərində tətbiq edəcəkləri yeni qaydaları açıqlayıb.
Azsiyasət.com xarici agentliklərə istinadən xəbər verir ki, o, “Axios” saytına müsahibəsində bununla bağlı fikirlərini paylaşıb.
Mark Zukerberqin sözlərinə görə, onların əsas məqsədləri platformada siyasi dezinformasiyanın yayılmasının, habelə zorakılıq çağırışlarının yayılmasının qarşısını almaqdan və vətəndaşları qarşıdan gələn seçkilərin “ədalətli və qanuniliyinə” inandrımaqdan ibarətdir.
Belə ki, bundan sonra qaliblərin öz zəfərlərini qabaqcadan “Facebook”da elan etməsinə, habelə seçkilərdən 1 həftə sonra siyasi reklamlarının görünməsinə imkan verilməyəcək.
“Hesab edirəm ki, seçki dövrü və ondan sonra vətəndaş iğtişaşlarının törədilməsi riski olduqca yüksəlib, bu səbəbdən biz bunun qarşısının alınmasından ötrü əlimizdən gələni etməliyik”, – deyə Mark Zukerberq bildirib.
Gənc milyarderin fikrincə, həm “Facebook”, həm də bütün media amerikan xalqını seçkilərdə hər hansı saxtakarlığın baş vermədiyi inancına hazırlamalı, bunun üçün isə lazım gələrsə səslərin sayılması və doğru nəticələrin elanı günlərlə sürməlidir.
araz.az
araz.az xəbər portalı.