Xəbər verdiyimiz kimi, ötən gün bir müddətdir xaricə sığınan, Azərbaycan hökumətini sərt tənqid və şantaj edən Qurban Məmmədova Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və keçmiş şöbə müdiri Əli Həsənovun tapşırığıyla verilən Nərimanov rayonu ərazisindəki 5 mərtəbəli obyekt boşaldılıb. Bundan sonra həmin obyektin sökülməsi ilə bağlı bir sıra KİV-də məlumatlar yayılıb.
Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, söküntü ilə bağlı məhkəmə qərarı yoxdur: “Məhkəmə qərarı olmadığı üçün hər hansı söküntüdən söhbət gedə bilməz”.
araz.az
araz.az xəbər portalı.