photo 107046иро“Ermənistanın Baş naziri Nikol Paşinyan hakimiyyətini təhlükəsiz etmək üçün Qarabağ kartından istifadə edir”.

Bu sözləri Redaktor.az-a açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu Ermənistanın təxribarları haqqında danışarkən deyib:

“Paşinyanın ətrafında halqa daralmaq üzrədir, ona qarşı Ermənistanda ciddi müxalifət formalaşır. Təbii ki, belə oluqca da o, narazı olan kütlənin diqqətini kənara yönəltməyə çalışır. Bunun üçün də ən idal və sınanılmış vasitə Azərbaycana qarşı təxribatlar törədməkdir. O da hazırda bu vasitədən istifadə edərək, işğal altında olan ərazilərə səfər edir, orada hərbiçilərlə görüşür. Artıq Paşinyanın həyat yoldaşı Anna Akopyan da bu ssenaridə rol alan əsas simalardandır. O, özünü bir qədər arxa plana keçirib, həyat yoldaşını önə çıxarıb. Məhz bu məqam da onun hazırda nə qədər çarəsiz və çıxılmaz vəziyyətdə olduğunu göstərir”. 

Mahir Xəttab \ Redaktor.az 

araz.az xəbər portalı.