1599383748 screenshot 20200906 131212Ya ərizənlə, könüllü işdən çıx, yoxsa səni “statya” ilə azad edərik

Azərbaycan cəmiyyətində idarəetmə problemləri həyatın bütün sahələrini elə bürüyüb ki, insanlar iş yerində dərindən nəfəs almağa belə ehtiyat edir. İdarə və təşkilat rəhbərləri ilə işçilər arasında münasibətləri yalnız əmək məcəlləsi deyil, həm də rəhbərin müəmmalı xarakteri, qurduğu planlar və s. tənzimləyir. Bu münasibətlərdə Əmək Məcəlləsi heç qırxıncı sırada belə, deyil.

Əmək Məcəlləsi idarə rəhbərinin yadına yalnız köhnə işçini yola salmaq, “statya” ilə işdən çıxarmaq və yeni işçi ilə müqavilə bağlayıb onu işə qəbul edəndə düşür. Bir də görürsən ki, dövlət müəssisəsində çalışan bir şəxs öz ərizəsi ilə işdən çıxır və uzun müddət iş axtarmalı olur. Normalda öz ərizəsi ilə işdən çıxanın müəyyən planları olmalıdır – ya hansısa səbəbdən işləməkdən əl çəkir, ya da daha yaxşı iş yeri təklifi alıb.

Hər iki halda işçi uzun müddət iş axtarmamaladır, amma bizdə tərsinədir, dövlət idarələrindən öz ərizəsi ilə işdən çıxanlar dərhal iş axtarmağa başlayır. Ona görə ki, idarə rəhbərləri işdən çıxarmaq istədiyi əməkdaşa aylarla “torba tikir”- xəbərdarlıq, töhmət, şiddətli töhmət,”statya” ilə işdən azad edilmə ssenarisi, yaxud iş yoldaşları seçim qarşısında qalaraq idarə rəhbərinin dediklərini yazılı təsdiq etməklə həmkarlarının üzünə durmağa hazır vəziyyətə gətirilir.

“Sənə güzəştim o ola bilər ki, ərizəni yazıb öz xahişinlə işdən gedəsən”

Bundan sonra idarə rəhbəri işçi ilə bazarlığa başlayır – sənə güzəştim o ola bilər ki, ərizəni yazıb öz xahişinlə işdən gedəsən! Bəli, bu metod Azərbaycanda populyar olduğundan idarə və müəssisələrdən öz ərizəsi ilə işdən azad olunan işçilər dərhal başı alovlu iş axtarır.

Buna bənzər hal bu günlərdə redaksiyamıza daxil olan şikayət ərizəsində də təsvir edilib. Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, Fərman Kərimzadə küçəsi 82/a ünvanında yaşayan Tağıyeva Pərvanə Pərviz qızı ərizəsində yazır ki, ötən ilin yayından Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən 5 saylı Uşaq Yolxucu Xəstəliklər xəstəxanasında işləməyə başlayıb.

Ya ərizənlə, könüllü işdən çıx, yoxsa səni "statya" ilə azad edərik

Buna qədər isə Pərvanə xanım Gəncə şəhərindəki dövlət poliklinikalarından birinin fizioterapiya şöbəsində 15 il çalışıb, fəaliyyəti dövründə qüsursuz işləyib və müxtəlif vaxtlarda bu xidmətlərinə görə tərifnamələr alıb. P.Tağıyevanın sözlərinə görə, ailə vəziyyəti ilə əlaqədər Bakı şəhərinə köçməli olduğu üçün 22.06.2018-si ildə öz ərizəsi ilə işdən azad edilib. Lakin 5 saylı Uşaq Yolxucu Xəstəliklər xəstəxanasında cəmi 8 ay çalışdığı dövrdə töhmət, şiddətli töhmət alıb, sonda isə Əmək Məsəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilib.

Qeyd: Əmək Məcəlləsi: Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları:

ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda.

Məktubda bildirilir ki, P.Tağıyeva işə qəbul üçün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya mürəciət edib. Bundan sonra ona Səhiyyə Nazirliyindən zəng gəlib və o, sözügedən xəstəxananın fizioterapiya kabinetində müalicəvi bədən tərbiyəsi üzrə təlimatçı vəzifəsinə təyin edilib:

“O vaxtkı baş həkim Rayifə xanım məni işə götürəndə dedi ki, məzuniyyətdən qayıdandan sonra səni öz ixtisasın üzrə ştata dəyişəcəm. Lakin Rayifə xanım məzuniyyətdən işə qayıda bilmədi. Xəstəxananın baş həkimini əvəz edən Güllü Əhmədova və xəstəxananın həmkarlar təşkitlatının sədri Zibeydə Qədimova işçiləri toplayaraq bildirdilər ki, bu ay maaşların gecikməsi gözlənilir, ona görə də nazirliyə müraciət ünvanlamalıyıq. Bu adla bütün işçiləri ağ vərəqlərə imza atmağa məcbur etdilər. Sonradan isə ərizəni bu məzmunda formalaşdırdılar ki, kollektiv Rayifə həkimdən narazıdır, işçilər onunla işləmək istəmir.

Güllü həkimə yaxın olan bir qrup işçi isə Rayifə xanımın üzünə durmağa hazır olduğunu bildirdilər. Rayifə xanım məzuniyyətdəyikən nazirliyə çağrılır, ərizə ilə tanış etdikdən sonra seçim qarşısında qoyulub – ya ərizəni ver, könüllü işdən azad ol, ya da səni “statya” ilə işdən azad edəcəyir. Beləcə, Rayifə xanım işdən “öz ərizəsi ilə” azad edildi. İndi Güllü Əhmədova baş həkimi əvəz edir, hələ təsdiqlənməyib. Bu müddət ərzində Güllü həkim xəstəxananın həyətindən iki “sot” torpağı qonşuluqdakı villanın sahibinə sata bilib. Bu ərazidə torpağın bir “sot” qiyməti 35 min manata təklif edilir. Baş həkim dövlət əmlakını qeyri-qanuni yolla sataraq ən azı 70 min manat qazanc edə bilib.

“Güllü həkim onun xəstəxana həyətindən torpaq satdığına etiraz etdiyim üçün məni işdən çıxarmaq qərarına gəlib”

Güllü həkim işə başlayandan sonra ona xahiş etdim ki, məni ixtisasıma uyğun ştata dəyişsin. O, isə mənə bildirdi ki, oranın qiyməti beş min manatdır. Bazarlaşdıq, mən ona üç min manat verdim. Lakin Güllü həkim məni öz ixtisasım üzrə işə keçirmək əvəzinə, işdən qovmaq üçün hazırlıq görürmüş. Xəbərim olmadan qısa müddətdə mənə xəbərdarlıq, töhmət və şiddətli töhmət rəsmiləşdirilib. Bu tənbeh tədbirlərinin heç biri mənə elan edilməyib, bunun üçün əsas da yox idi. Sadəcə olaraq, Güllü həkim onun xəstəxana həyətindən torpaq satdığına etiraz etdiyim üçün məni işdən çıxarmaq qərarına gəlib. Mən baş həkimin torpaq satması barədə məlumatı Korrupsiyapya Qarşı Mübarizə İdarəsinə göndərmişəm. Məktubum Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə, Baş Prokurorluğa, oradan isə Sabunçu rayon prokurorluğuna göndərildi. Orada isə iş uzandı, baxılmadı və unuduldu”.

Ya ərizənlə, könüllü işdən çıx, yoxsa səni "statya" ilə azad edərik

P.Tağıyeva bizimlə söhbətində bildirdi ki, baş həkimi Səhiyyə Nazirliyi nəzdində Bakı şəhər Baş Səhiyyə İdarəsi rəis müavini Cəfərov Mamed Mamed oğlu himayə edir. Nazirliyə onun haqqında ünvanlanan bütün şikayət məktublarını, o cümlədən də mənim şikayətlərimi ört-bastır edir: “Xəstəxananın həyətindən torpaq satılmasını da Güllü Əhmədova Mamed müəllim himayəsi ilə hüquq-mühafizə orqanlarının nəzərindən gizlədə bildi. Artıq iş iki aydan çoxdur ki, Sabunçu rayon prokurorluğundadır, müstəntiq isə hər dəfə Əmlak Məsələləri Dövlət Komitəsindən və Səhiyyə Nazirliyindən sorğusuna cavab gözlədiyini deyir. Deməli, onu da rüşvətlə susdurublar.

“Bu xəstəxanada işə başlayana qədər fizioterapiya şöbəsi 18 ildən çox bağlı qalıb”

Mən işə bərpa edilmək barədə qaldırdığım məhkəmə iddası zamanı da iclaslarda hakim mənim xeyirimə danışdı, amma qərarı baş həkimin xeyirinə çıxardı. Baş həkimin təlimatlandırdığı iki xəstəxana əməkdaşı məhkəmədə üzümə durdu ki, sən fizioterapiya şöbəsində kişiləri masaj edirsən. Sözlə hər şey demək olar, bütün şöbə kamera ilə təhciz edilib, vəsatət qaldırdım ki, kameralara baxılsın. Lakin hakim vəsatəti təmin etmədi, çünki belə bir fakt yoxdur. Orada işlədiyim səkkiz ay ərzində bir nəfər kişini baş həkimin xahişi ilə, qohumu olduğunu dedikdən sonra fizioterapiya etmişəm.

Onu da qeyd edim ki, mən bu xəstəxanada işə başlayana qədər fizioterapiya şöbəsi 18 ildən çox bağlı qalıb, bu işi bacaran bir mütəxəssis olmayıb. Mən başladım, xeyli xəstənin müalicəsində uğurlu nəticələrə nail oldum, amma imkan vermədilər işimi davam edəm.

“Güllü Əhmədova ilə Zibeydə Qurbanovanın təşkilatçılığı ilə 60 nəfərin imzası ilə akt tərtib ediblər ki, guya mən Mətanət xanımı söymüşəm”

Baş həkim məni işdən çıxarmaq üçün tez-tez iclas çağırır, buna zəmin hazırlayır, məni təxribata çəkməyə çalışırdı. Ona görə də mən iclaslara getməkdən imtina etdim. 28 dekabr 2019-cu il tarixdə baş həkimin katibəsi Nəsibova Mətanət Yavər qızı gəlib dedi ki, “Güllü həkim səni iclasa çağırır”. İşdən xəbərdar olduğum üçün iclasa getməyəcəyimi bildirdim. Belə olan halda Mətanət xanım başladı məni küçə söyüşləri ilə söyməyə. Həmin vaxt mən telefonun diktafonun işə salmışdım, bütün danışıqları yazdım. Sonra baş həkim Mətanət xanımı təhrik etdi ki, məni polisə versin, o da baş həkimin tapşırığını yerinə yetirdi.

Ya ərizənlə, könüllü işdən çıx, yoxsa səni "statya" ilə azad edərik

Güllü Əhmədova ilə Zibeydə Qurbanovanın təşkilatçılığı ilə 60 nəfərin imzası ilə akt tərtib ediblər ki, guya mən Mətanət xanımı söymüşəm. İş məhkəmə mərhələsinə çatanda həmin səs yazısını ortaya qoydum ki, görün kim-kimi söyüb. Sabunçu Rayon Məhkəməsinin sədri, hakim Mirheydər Zeynalov səs yazısını dinlədikdən sonra bildirdi ki, Pərvanə xanım haqlıdı, siz onu söymüsünüz. Bununla da məhkəmə iclasını bağlı elan etdi, dedi ki, sabah gəlib qərarı götürərsiniz. Gedib qərarı götürəndə görürəm ki, hakim İXM-nin 510-cu maddəsi ilə məni 50 manat cərimələyib. Bu da mənim üçün ədalət mühakiməsi”.

Zibeydə Qəbimova ilə Gülər Əhmədov arasında “ölü canlar”ın maaş kartları üstünda mübahisə düşüb

Pərvanə xanım bizimlə söhbətində bildirdi ki, xəstəxanada onlarla ölü canlar var: “Bir dəfə kadrlar şöbəsinə girəndə gördüm ki, Zibeydə Qəbimova ilə Gülər Əhmədov arasında “ölü canlar”ın maaş kartları üstünda mübahisə düşüb, onlar bu kartları aralarında bölə bilmirdilər. Xəstəxanada ən aşağı maaş alan əməkdaşın kartına hər ay 300 manat yüklənir. Xəstəxanada 96 çarpayı, 246 rəsmi işçi var. Həmin işçilərin yarıya qədər işə gəlmir, maaş kartları isə baş həkimdədir”.

Məsələyə münasibət öyrənmək üçün xəstəxananın baş həkimi Güllü Əhmədova ilə əlaqə saxladıq. Baş həkim dedi ki, “Pərvanə qələt eləyir, başın da daşa döyür, o, “statya”la işdən azad edilib. İki dəfə də işinə məhkəmədə baxılıb, ayın 5-də də sonuncu məhkəməsi olub, qətanməni də mən sizə göndərərəm!”. Dovletinfo.az

{loadmoduleid 276}

{loadmoduleid 277}

araz.az xəbər portalı.