“Altı ay əvvəl parlament seçkilərinin nəticələrini tanımadığını bəyan edən klaviatura qəhrəmanlarından kimsə bu parlamentin təyin etdiyi vergiləri ödəməkdən imtina etdi? Yox. Kimsə bu parlamentin qanunlarına tabe olmaqdan imtina etdi? Yox. Bax budur, savadsız bəyanatları sizə sırıyanlar siyasi mövqenin nə olduğunu qanmırlar”.
Pravda.az-ın xəbərinə görə, bunu ReAl Partiyanın sədri İlqar Məmmədov deyib.
“Sənin siyasi mövqeyin qarşındakı gücün bircə sualına cavab verməlidir: “Yoxsa nə?” Bu suala ağlabatan, ya da təsirli əməli cavab verə bilmədinsə, sənin “mövqe”yin klaviatura şırıltısından başqa bir şey deyil”.
araz.az
araz.az xəbər portalı.