1519321263_hollandiya-parlament.jpg


 Hollandiya parlamentinin üst palatası 1915-ci il qondarma erməni soyqırımı ilə bağlı irəli sürülən qətnaməni qəbul edib.

Parlamentdə türklərdən ibarət DENK adlı partiyadan başqa digər siyasi blok və partiyalar sözügedən qətnaməni dəstəkləyib.

Qərara görə, bundan sonra Hollandiya hökuməti 1915-ci il olaylarını soyqırım olaraq tanıyacaq. Həmçinin hər il aprelin 24-də qondarma soyqırımla bağlı İrəvanda keçirilən tədbirlərə də Hollandiyadan nümayəndə heyəti göndəriləcək.

Qeyd edək ki, bir həftə öncə Hollandiya parlamentinin alt palatası qondarma erməni soyqırımı ilə bağlı qətnaməni səs çoxluğu ilə qəbul etmişdi.

Onu da əlavə edək ki, bu qətnaməyə Hollandiya hökuməti birmənalı yanaşmır və sözügedən olayların soyqırım kimi tanınması üçün ciddi əsasların olmadığını bildirir.
Axar.az 

araz.az xəbər portalı.