MM SH“Elə oğul böyütmüsünüz ki, hər zaman Sizin əlinizdən öpürük və, ailə olaraq, hər zaman Sizin yanınızdayıq”.

 AKTUAL TV xəbər verir ki, bunu “Palmali” şirkətinin qurucusu Mübariz Mənsimovun bacısı Zərnişan Fərəczadə Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olmuş general-mayor Polad Həşimovun anası Səmayə Həşimova ilə telefon söhbətində bildirib.

“Həşimovlar ailəsi Mübariz Mənsimovun tezliklə azadlığa qovuşmasını arzulayır” deyən şəhidin bacısı bildirib ki, Allah bütün vətənpərvər oğulların köməyində olsun.

Polad Həşimovun anası Səmayə Həşimova isə vurğulayıb ki, Mübariz Mənsimovun azadlığa çıxmasına Qurban deyib.

Səmayə Həşimova ilə Zərnişan Fərəczadə arasında telefon söhbətinin videoyazısına aşağıda baxa bilərsiniz:

{loadmoduleid 280}

araz.az xəbər portalı.