tramp 090jpg 1598470238ABŞ prezidenti Donald Tramp Səhiyyə Nazirliyindən koronavirus peyvəndini hazırlamasını tələb edib.

Bu barədə Ağ Evdəki mənbələrə istinadən “The Washington Post” qəzeti yazıb.

Mənbələr bildirib ki, Tramp müşavirələrdə vaksinə böyük diqqət ayırır. O, peyvəndi ilin sonuna kimi hazırlamağı tələb edir.

Güman edilir ki, dövlət başçısı öz reytinqini yüksəltmək üçün noyabrın 3-də planlaşdırılmış prezident seçkilərinə qədər vaksini təqdim etmək istəyir.

ABŞ koronavirusun yayılmasına görə dünyada birinci yerdədir. Ölkədə təhlükəli infeksiyaya 6,4 milyon insan yoluxub, 3,7 milyon nəfər sağalıb, demək olar, 193 min pasiyent ölüb/Report.

araz.az xəbər portalı.