rasul“Azərbaycanda uzun illər aparılmış siyasət nəticəsində hökumət qulluqçuları arasında çox saylı oliqarxlar yaranıb. Prezident Administrasiyasının işçilərindən, nazirlərdən başlayaraq kiçik şöbə müdirlərinə qədər 10 milyard dollardan çox vəsait toplayıblar. Bu, çox böyük bir rəqəmdir. Ermənistan kimi ölkənin illik dövlət büdcəsindən artıqdır. Normal ölkələrdə pul əsasən vətəndaşlarda toplanır və onların arasında pulun 70 faizinə malik olan milyarderlər olur. Bu normaldır və heç vaxt bu pulu dövlət çevrilişinə yönəltməzlər”.

Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycanın sabiq spikeri Rəsul Quliyev deyib.

R.Quliyev xatırladıb ki, ölkədə “Ərəb baharı” inqilablarından qorxub təcili korrusiyaya qarşı mübarizə orqanı yaratdılar: “Onun rəhbəri Ramiz Mehdiyev təyin olundu. Kübrələnmiş korrupsiya torpağı böyük sürətlə inkişafa başladı. Təqribən 2-3 il bundan öncə hökumət nəhayət reformalarsız ölkənin gələcəyinin olmayacağını başa düşdü və ehtiyatla addımlar atmağa başladı. Bir sıra korrupsioner nazirləri və nəhayət, korrupsiyanın başında dayanmış şəxsi işdən azad etdi. 10-larla orta səviyyəli korrupsionerləri həbs etdirdi. Azərbaycanın illik dövlət büdcəsinə bərabər olan çinovnik oliqarxlar əvvəl çaşsalarda, artıq indiki hökumətin aradan götürülməsi üçün birləşirlər. Mən yazmışdım, bir daha təkrar edirəm onların cinayətlə topladığı pulların heç olmazsa 70 faizi büdcəyə qaytarılmasa, reformistlər heç bir reformaya başlaya bilməz, demokl qılıncı da həmişə başlarının üzərindən asılmış olacaq. Hakimiyyət qətiyyətli olmalıdır. Kadr dəyişikliyi ən vacib məsələdir. Ancaq onlara müstəqillik verilməlidir. Əsas strategiya: Reforma istiqamətində fəal işə qoşulmalıdırlar. Oliqarx pullarına qarşı total müharibə elan edilməlidir.  Birincisi, onların pulları dünyanın bütün banklarında dondurmalı, tikdikləri milyonluq evləri müsadirə edilib, satışa çıxarılmalıdır.  Təhlükəlilərin ən azı 10 nəfəri həbs edilməli, pulları qaytarmaq şərti ilə azadlığa buraxılmalıdır. Hakimiyyəti oliqarxların terrorundan, dövlət çevrilişinə cəhdindən yalnız qətiyyətli addımlar qurtara bilərlər”.

araz.az

araz.az xəbər portalı.