erdogan yeniTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Avropa Birliyi Şurasının sədri Şarl Mişel arasında telefon danışığı baş tutub.

Axar.az xəbər verir ki, tərəflər Şərqi Aralıq regionundakı son prosesləri müzakirə ediblər.

Ş.Mişel Şərqi Aralıqdakı vəziyyətin yoluna qoyulması yönündə çoxtərəfli konfransın keçirilməsi ilə bağlı Ərdoğana çağırış edib.

Ərdoğan da öz növbəsində Yunanıstan və bəzi AB ölkələrinin Şərqi Aralıq və Egey dənizlərində gərginliyi artıran addımların qarşısının alınması üçün üzərinə düşən öhdəlikləri yerinə yetirməsinin vacibliyini qarşı tərəfə çatdırıb.

araz.az

araz.az xəbər portalı.