Zəlimxan Məmmədli: “Azərbaycan Türkiyə, Pakistan və digər müttəfiqləri ilə əməkdaşlığı daha da gücləndirməlidir”
“Rusiyaya nə qədər qılıqlansaq da, o, öz bildiyini edəcək, işğalçını silahlandırmaqda davam edəcək”.
Bunu Moderator.az-a açıqlamasında “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli bildirib. Z.Məmmədlinin sözlərinə görə, Azərbaycan müttəfiqlərinin, xüsusilə də qardaş Türkiyənin imkanlarını düzgün qiymətləndirməli, bu imkanlardan istifadə etməlidir:
“Rusiya hər zaman Ermənistanın silahlandırıb və bu gün də bu siaysəti davam etdirir. Bu, Rusiyanın tarixi siyasətidir və onun nə vaxtsa bundan əl çəkəcəyini düşünmək sadəlövhlükdür. Odur ki, Azərbaycan Türkiyənin, Pakistanın, digər müttəfiqlərin imkanlarından düzgün istifadə etməli, işğal edilmiş torpaqların azad edilməsini təmin etmək üçün öz imkanlarından maksimum faydalanmalıdır. Bu baxımdan qardaş Türkiyə ilə əməkdaşlığın daha da genişləndirilməsi olduqca vacibdir. Əgər Azərbaycan Türkiyənin imkanlarından düzgün yararlanarsa, xalqımızın iradəsi ilə bu torpaqları azad etmək mümkündür. Əks təqdirdə, Rusiyanın bu məsələdəki mövqeyinin dəyişəcəyinə ümid etmək sadəlövhlükdür”.
araz.az
araz.az xəbər portalı.