Haqq və Ədalət Partiyası (HƏP) sədrinin köməkçisi Rəşad Abbaslı polisə tabe olmamaq ittihamı ilə 30 sutka müddətinə həbs edilib.
araz.az Turan-a istinadla xəbər verir ki, bu barədə HƏP İdarə Heyətinin üzvü Babək Adıgözəlov məlumat verib.
Bildirib ki, qərarı bu gün Bakının Binəqədi Rayon Məhkəməsi qəbul edib.
Qeyd edək ki, HƏP-in sədri sabiq Səhiyyə naziri Əli İnsanovdur.
araz.az xəbər portalı.