Xəbər verdiyimiz kimi, karantin rejimini pozaraq avqustun 18-də Novxanıda qızına toy edən və bu səbəbdən 15 sutka müddətinə inzibati qaydada həbs olunan AMEA prezidendenti Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyev və onun qudası Rövşən Mustafayev dünən azadlığa çıxıb.
Demokrat.az xəbər verir ki, azadlığa çıxan sabiq deputat məlum toyla bağlı bir sıra ciddi açıqlamalar verib. O kameralar qarşısında ağlayaraq, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevadan bağışlanmasını xahiş edib.
Açıqlamasının sonunda keçmiş deputat “bir kəlmə söz demək istəyirəm” deyərək, jurnalistlərdən kameraları söndürməyi və mikrofonları aşağı salmağı istəyib. Hamının keçmiş deputatın kameralardan gizli demək istədiyi sözün nə olduğunu araşdırmağa çalışdığı bir məqamda, “youtube”da həmin gizli xahişlə bağlı video yayılıb(bizimbaki.org).
Keçmiş deputatdan açıqlama alan jurnalistlərdən biri tərəfindən qeydə alındığı ehtimal olunan gizli videogörüntülərdə sabiq deputat İlham Əliyev media nümayəndələrinə “kim sabah mənim dediklərimi mediaya bütöv verərsə, mənimlə zəngləşsin. Mən borclu qalan oğlan deyiləm” deyərək, pul (və ya digər maddi maraq) vəd edib.
Qeyd edək ki, həbsdən çıxan keçmiş deputatın kameralar qarşısındakı davranışı, ağlamağı media və ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Sosial şəbəkə və mətbuatda aparılan müzakirələrdə bir çoxları sabiq deputat İlham Əliyevin süni formada ağlamağa çalışdığını bildirib.(editor.az)
{loadmoduleid 283}
araz.az xəbər portalı.