Karantin qaydalarını pozaraq övladına toy edən və buna görə 15 gün müvəqqəti istintaq təcridxanasında saxlanılan Prezident Administrasiyasının eks rəhbəri Ramiz Mehdiyevin kürəkəni azadlığa çıxan kimi jurnalistlərə açıqlama verib. O, bir çox şəxsləri tənqid edib, bəzi jurnalistləri isə cəzalandıracağı ilə hədələyib. İlham Əliyev deputat Fəzail Ağamalı haqqında isə “xırda ünsür” ifadəsini işlədib. O, R.Mehdiyevi tənqid edən bir çox şəxsləri də bu cür adlandırıb.
Bununla bağlı KONKRET.az-a fikirlərini bölüşən ADP sədri Sərdar Cəlaloğlu bildirib ki, onun həbsxanadan çıxandan sonra çıxışına qulaq asıb:
“Bizdə belə bir məşhur deyim var. İtə deyirlər niyə hürürsən? Deyir qorxuduram. Bəs deyir niyə quyruğunu bulayırsan. Cavab verir ki, özümdə qorxuram axı. O, qorxutmaq və qorxmaq arasında çırpınırdı. Bir tərəfdən ağlayırdı. Çünki hökumətdən daha ağır cəzalar gələcəyindən qorxurdu. Sözləri çox həssaslıqla seçirdi. Günahını etiraf edərək, dövlətdən bağışlanmasını istəyirdi. O tərəfdən isə qaynatasına və özünə qarşı gerçək fikirlər söyləyib, ifşa edənləri hədələyərək cəzalandıracağını deyir. Azərbaycan dövləti Afrika ölkəsi deyil ki, qolu zorlu hər 5-10 manat pulu olan çıxıb insanları cəzalandırsın. Ölkədə konstitusiya ilə cəza orqanı var. Məhkəmənin verdiyi qərarlarla insanlar cəzalandırılır. Belə çıxır o, Azərbaycanın Konstitusiyasını və qanunlarını saymır. Bu adam barəsində respublika prokurorluğu cinayət işi açmalıdır. Müəyyən etməlidir ki, onun əlində olan cəza aparatı nə ilə müəyyənləşib. Bunların hər biri araşdırılmaldır. Bu adamın bəyanatı onu göstərdi ki, Ramiz Mehdiyevin nəzarəti altında həm də cəza dəstələri də var”.
Sərdar Cəlaloğlu qeyd edib ki, şayiə var ki, Qurban Məmmədovun evinin dağıdılmasını da Ramiz Mehdiyevin qoçu dəstələri edib: “Məqsəd də Azərbaycanda stabiliyi pozmaqdır. Azərbaycan hökuməti bu cür bəyanatlara çox ciddi şəkildə reaksiya verməlidir. Dərhal cinayət işi qaldırılmalı və o adamı yenidən həbsxanaya qoymaq lazımdır. O, qorxsun ki, Azərbayacan xalqı onu və onların klanını cəzalandıracaq. Çünki uzun illərdir ki, erməni və rus qüvvələrinə xidmət ediblər. Azərbaycan iqtisadiyyatını sarsıdıblar. Moskva və İrəvanın tapşırığı ilə Azərbaycan xalqının başına olmazın oyunlar açıblar. O, Azərbaycan xalqından və onları tənqid edən insanlardan üzr istəmək əvvəzinə təhdid edir. Düzdür, ağlayıb dövlətdən üzr istəyir, itin quyruq bulaması kimi. Bir tərəfdən də müxalifətə qarşı hürür. Bunların hamısı boş şeydir. Bu adam başa düşnmür ki, Ramiz Mehdiyev erası bitir, Azərbaycan rus və erməni qüvvələrinin təsir dairəsi daralmaqdadır. Azərbaycan çox vektorluq siyasətə keçib. Dövlətimiz bu gün Türkiyənin, Qərbin yanındadır. Ona görə də bu gün heç kəs erməni və ruslara güvənib ölkədə meydan sulaya bilməz. Tezliklə də 26 ildə düşmənə xidmət etdikləri üçün Azərbaycan xalqı tərəfindən cəzalandırılacaqlar”.
araz.az
araz.az xəbər portalı.