Şahmar İbadov Nərimanov Rayon icra hakiminin birinci müavini, Pirallahı icra başçısının qudasıdır.
Şahmar İbadov adı mətbuatda tez-tez və çox neqativ yöndə hallanan bir məmurdur. Onun adı korlar cəmiyyətinin üzvlərinin evlərinin mənimsənilməsində, oğlunun bahalı maşınla avtoqəza törədib, bundan sonra ölüm işinin ört-basdır edilməsində, sahibi olduğu MMC-lərdə köçürülən sakinlərin haqqının verilməməsində və bu kimi bir çox işlərdə hallanır. Amma bütün bu hallara baxmayaraq, Şahmar İbadovu hansısa güc müdafiə edib və bu məmur həmişə suadan quru çıxmağı bacarıb.
Yaxınlarının dediyinə görə, onun özü də həmişə administrasiyada ən yüksək vəzifəli şəxsin dostu olduğunu, nə eləsə də onsuz da Şahmarın haqlı çıxacağını bildirirmiş. Amma bu qədər neqativ, xoşagəlməz hallar Nərimanov icra başçısı Abdin Fərzəliyevin səbr kasasını doldurub, bu ilin may ayında Şahmar İbadovun ərizə yazaraq işdən getməsini tələb etdib. Elə əsl İbadovun iç üzü də bundan sonrada görsənməyə başlayıb. Belə ki o, özünə yaxın internet saytları və kanallarda başçının və icra hakimiyyətində işləyən digər şəxslərin əleyhinə qərəzli yazılar verdirməyə başlayıb. Bu yazıların sifarişçisinin Şahmar İbadov olduğu bilinəndən sonra isə o 3 aya yaxın müddətdə işə çıxmır, “məzuniyyətdən” geri dönmür. İbadov bunlarlada kifayətlənməyərək hakimiyyəti və dövləti tənqid eləyən, xaricidə yaşayan blogerlərdən də kömək istəyib.
{loadmoduleid 285}
Bütün bunlardan sonra Şahmar İbadovun arxasında duran şəxsin yenə də onu müdafiə edəcəyi artıq inandırıcı deyil. Çünki Heydər Əliyev kursunun yolunu gedən və davamçılarının biri olan Abidin Fərzəliyevə qarşı, hakimiyyətə qarşı müxalif olan insanları maddi olaraq gücləndirmək, öz şəxsi ədavəti üçün onlara sponsorluq eləmək, yəqin ki yuxarıların xoşuna gəlməyəcək. Və belə görsənirki, artıq bu proses başlayıb. Prokurorluq yanında Korrupsiya İdarəsində Şahmar İbadova qarşı cinayət işi qaldırılıb. Və bir neçə dəfə artıq onun ifadə verildiyi dəqiq məlumatdır. Orda hətta onun mülklərinin də siyahısının hesablandığı deyilir.
Bu nəinki prokorluq orqanlarının, hətta sadə vətəndaşların da sualıdır ki, icra hakimiyyətində müavin işləyən şəxs 1000 manata yaxın məvacib almaqla dəbdəbəli villanı necə əldə eləyib?! Hətta deyilənə görə, Heydər Məscidi tikiləndə İbadov, müəyyən qurumlarla danışığa girib evinin plana düşməsindən yan keçə bilib. Bir Allah evinin, Ulu Öndər Heydər Əliyevin adını daşıyan bir evin tikintisində belə əyriliyə yol vermiş Şahmar İbadov həqiqətən bu qədər güclüdürmü?! Şahmarın qatil oğlu qəza törədəndə o, oğlunun qadını vurmadığını, qadının Elmir İbadovun maşını ilə toqquşaraq öz əcəli ilə öldüyünu və mərhum piyadanın oğlunun “Rəncrover” markalı maşınınına zərər verdiyi deyən bir adamdır. Oğlu və ailəsini bu günlərdə Türkiyənin İstanbul şəhərində məşhur otellərin birində görüblər. Elə görsənirki, Şahmar İbadov, bu olanlardan sonra həbs olunacağının bildiyindən, ailəsini təcili olaraq xaricə göndərib. Bu ilin avqust ayının 14-də, ailəsinə SEA PEARL Ataköy proyektində 210 m2 ev alması da bunu sübut edir. (Bu proyektdə 1kvm evin dəyəri 8 min ABŞ dollarıdır).
Hörmətli Şahmar müəllim, bu pullar gözdən əlil insanların evini köçürüb çıxarışlarını əlindən aldığınız insanların haqqıdır! Əminik ki, onu bu vəzifəyəcən qaldıran, müdafiə eləyən bir şəxsi özünün tutduğu yolu, kursu mənsub olduğu partiyanın vəzifə üstündə, şəxsi ədavət üstündə satan bir insanı nə Allah, nədə dövlət bağışlamayacaq. (Ulu öndər Heydər Əliyevin çox gözəl sözü var, həyatda şərəf və şərəfsizliyi, şəxsi rifahla ictimai borcu, tamahkarlıqla vicdanlılığı hər bir kəs özü seçir.) .
Mənbə demokrat.az
araz.az xəbər portalı.