Şahmar ibadov Nərimanov rayon icra hakiminin birinci müavini, Şahmar İbadovun adı mətbuatda çox neqativ yöndə hallanan məmurlardan biridir.. Onun adı korlar cəmiyyətinin üzvülərinin evlərinin mənimsənilməsində, oğlunun bahalı maşınla avtoqəza törədib qaçmasında, bundan sonra ölüm işinin ört basdır edilməsində, sahib olduğu saxta MMC- lərdə, köçürülən sakinlərin haqqının yeyilib verilməməsində və bu kimi bir çoxmənimsəmə işlərində hallanır.
Amma bütün bu hallara baxmayaraq Şahmar İbadovu hansısa güc müdafiə edib və bu məmur həmişə suadan quru çıxmağı bacarıb. Yaxınlarının dediyinə görə onun özüdə həmişə admistirasiyada ən yüksək vəzifəli şəxsin dostu olduğunu, nə eləsədə onsuzda Şahmarın haqlı çıxacağını bildirirmiş. Amma bu qədər neqatif, xoşa gəlməz hallar Nərimanov icra başçısı Abdin Fərzəliyevin səbr kasasını doldurub, bu ilin may ayında Şahmar İbadovun ərizə yazaraq işdən getməsini tələb etmişdir. Elə əsl İbadovun iç üzüdə bundan sonrada açıldığı deyilir.
Beləki o, özünə yaxın internet saytları və kanallarda başçının və icra hakimiyyətində işləyən digər şəxslərin əleyhinə qərəzli yazılar verdirməyə start verib. Bu yazıların Şahmar İbadovun sifarişçisi olduğu bilinəndən 3 aydır “məzuniyyətdən” geri qayıda bilməyənŞahmar İbadov hakimiyyəti və dövləti tənqid eləyən, xaricidə yaşayan blogerlərdəbdə kömək istəyir.
Bütün bunlardan sonra Şahmar İbadovun arxasında duran şəxsin yenədə onun müdafiə eləyəcəyi artıq inandırıcı deyil. Çünki Heydər Əliyev kursunun yolunu gedən və davamçılarının biri olan Abidin Fərzəliyevə qarşı, hakimiyyətə qarşı müxalif olan insanları maddi olaraq gücləndirmək, öz şəxsi ədavəti üçün onlara sponsorluq eləmək, yəqinki yuxarıların xoşuna gəlmiyəcək. Və belə görsənirki, artıq bu proses başlayıb.Prokurorluq yanında karrupsiya idarəsində Şahmar İbadova qarşı cinayət işi qaldırılıb. Və bir neçə dəfə artıq onun ifadə verildiyi dəqiq məlumatdır. Hətta onun, mülklərinində siyahısının hesablandığıda deyilir.
Bu nəinki prokorluq orqanlarının, hətta sadə vətəndaşlarında sualıdırki, icra hakimiyyətində müavin işləyən şəxsin 1000 manata yaxın məvacib almaqla yuxarıda göstərdiyimiz dəbdəbəli villaları, evləri, obyektləri necə əldə eləyib?!
Hətta deyilənə görə Heydər məsçidi tikiləndə İbadov, müəyyən qurumlarla danışığa girib evinin plana düşməsindən yan keçə bilib. Bir Allah evinin, ulu ondər Heydər Əliyev adını daşıyan bir evin tikintisində belə əyriliyə yol vermiş Şahmar İbadov həqiqətən bu qədər güclüdürmü?! Şahmarın qatil oğlu qəza törədəndə o, oğlunun qadını vurmadığını qadının Elmir İbadovun maşını ilə toqquşaraq öz əcəli ilə öldüyünü, və mərhum piyadanın oğlunun “Rancrover” markalı maşınınına zərər verdiyi deyən bir adamdır.Oğlu və ailəsini bu günlərdə Türkiyənin İstanbul şəhərində məşhur Otellərin birində görmüşdülər. Elə görsənirki, Şahmar İbadov, bu olanlardan sonra həbs olunacağının bildiyindən, ailəsini təcili olaraq xaricə göndərmişdir.Bu ilin avqust ayının 14 də, ailəsinə SEA PEARL Ata köy proyektində 210 m2 ev almasıda bunu sübut edir. ( Bu proyektə 1kvm evin dəyəri 8 min Abş dollarıdır). Hörmətli Şahmar müəllim, bu pullar gözdən əlil insanların evini köçürüb çıxarışlarını əlindən aldığınız insanların haqqıdır! Əminik ki, onu bu vəzifəyəcən qaldıran, müdafiə eləyən, bir şəxsi özünün tutduğu yolu, kursu mənsub olduğu partiyanın vəzifə üstündə şəxsi ədavət üstündə satan bir insanı nə Allah nədə dövlət bağışlamıyacaq.
Ulu öndər Heydər Əliyevin çox gözəl sözü var, “həyatda şərəf və şərəfsizliyi şəxsi rifahla ictimai borcu, tamahkarlıqla vicdanlılığı hər bir kəs özü seçir.”
Növbəti yazımızda 555 dövlət qeydiyyat nişanlı ”BENTLEY” markalı avtomobillə insanları narahat edən ”TOTU” ləqəbli Şahmar müəllimin kiçik oğlundan və təzəcə qohum olduğu ŞAHİN bəy haqqında geniş araşdırmamız olacaq……
Sirvan tv
araz.az xəbər portalı.