Cəlilabad rayon Təhsil Şöbəsində yaşanan problemlərlə bağlı məlumat vermişdik.
Dosye.org-a daxil olan daha bir məlumatda vurğulanır ki, Cəlilabad RTŞ-nin müdiri Qərənfil Əhmədova məktəb direktorlarında aylır tələb edir və toplanan pulun bir qismini Təhsil Nazirliyinə göndərəcəyini bildirib. Əlbətdə ki, bu işdə Q. Əhmədovaya yaxından dəstək nümayiş etdirən inspektorları qeyd etmək olar.
Ən maraqlı hadisə rayonun Privolnoye kənd 1 nömürəli tam orta məktəbində yaşanıb. Belə ki, məktəbin direktoru Musa Məmmədov ən yaxın qohumunun adından istifadə edərək dövlətdən lazımı vəsaiti qara yollarla mənimsəyib. Əslində, məktəb direktoruna havadarlıq edən məhz TŞ-nin müdiri Qərənfil Əhmədovadır.
Dosye.org olaraq bildiririk ki, Cəlilabad təhsilində baş verən biabırçı olayları çox hörmətli Təhsil Naziri cənab Emin Əmrullayevin diqqətinə çatdırılacaq. Və cənab nazirə xatırlatmaq istəyirik ki, bütün özbaşınalıqlara “krişalıq” edən elə Təhsil Nazirliyində DNŞ-nin əməkdaşları və zona üzrə kurator Əhliyyət Adığözəlovun özüdür. Mövzüya yenidən qayıdacayıq.
DOSYE.ORG
araz.az xəbər portalı.