Araz.az xəbər verir ki, Türkiyə prezidenti Xocalı şəhərində qətlə yetirilən azərbaycanlılara rəhmət diləyib.
“Xocalı faciəsində şəhid edilən azərbaycanlı qardaşlarımızı rəhmətlə yad edirik. Dünyada vəhşi qətliam arayan varsa, bu, Xocalıdır. İnsanlıq tarixinin ən böyük zülmlərindən biri Xocalıda yaşanıb. Xocalı qatillərinə hökm kəsən ölkə gördünüzmü? Türk, müsəlmandırsa, həmin ölkələr bunu görmürlər. Biz isə Xocalı qətliamını unutmadıq, unutmayacaq və xatırladacağıq”, -deyə Ərdoğan bildirib.
Qeyd edək ki, toplantıda Xocalı soyqırımının ildönümü ilə bağlı Türkiyə-Azərbaycan İş adamları Birliyinin sədri Hüseyn Böyukfırat və Xocalıdan olan millət vəkili Elman Məmmədovla birgə bir qrup Xocalı şahidi Türkiyə Böyük Millət Məclisində iştirak edir.
araz.az xəbər portalı.