muxalifet minskKolesnikova Minskin mərkəzində naməlum şəxslər tərəfindən tutularaq bilinməyən istiqamətə aparılıb

Belarus müxalifətinin liderlərindən biri Mariya Kolesnikova paytaxt Minskin mərkəzində naməlum şəxslər tərəfindən tutularaq bilinməyən istiqamətə aparılıb.  Turkustan.info xarici mediaya istinadən bildirir ki, Kolesnikovanı mikroavtobusla aparıblar.

Müxalifət Koordinasiya Şurasının mətbuat katibi Anton Rodnenkov Kolesnikova ilə əlaqənin itdiyini açıqlayıb. “Onun harada olduğu məlum deyil. Daha iki məclis üzvü Maksim Boqretsov və İvan Kravtsovla da əlaqə kəsilib”, – deyə Rodnenkov vurğulayıb.

Belarus Daxili İşlər Nazirliyi Kolesnikovanın saxlanılması barədə  məlumatı şərh etməkdən imtina edib.

Qeyd edək ki, Müxalifətin Koordinasiya Şurasına konstitusion hökuməti devirmək və hakimiyyəti ələ keçirmək ittihamı ilə Belarus Baş Prokurorluğu cinayət işi açıb. Müxalifət isə bu ittihamları rədd edir.

Xatırladaq ki, 9 avqustda Belarusda keçirilmiş prezident seçkilərinin rəsmi nəticələrinə etiraz edən müxalifət kütləvi etiraz aksiyaları keçirirlər. Bir aydır davam edən aksiyalarda hazırkı Prezident Aleksandr Lukaşenkonun istefası və yeni seçkilərin keçirilməsi tələb edilir.

MSK-nın açıqladığı nəticələrə görə Prezident Lukaşenko seçicilərin 80 faizindən çoxunun səsini qazanaraq növbəti dəfə Prezident seçilib. Müxalifət namizədi Svetlana Tixanovskaya isə 10 faiz səs alıb. 

araz.az

araz.az xəbər portalı.