Rusiyada hazırlanan yeni növ koronavirus peyvəndinin son sınaq nəticələri barədə məlumat verilib.
araz.az “ria.ru”ya istinadla xəbər verir ki, Rusiyada könüllülər arasında aparılan sonuncu sınaqda nəticələr müsbət olub. Belə ki, peyvənd vurulan şəxslərdə heç bir ciddi əks təsir qeydə alınmayıb. Vaksin vurulan könüllülərdə virusa qarşı immunitetin yarandığı müşahidə edilib.
Mənfi təsirləri arasında isə baş və oynaqlarda ağırlarının olduğu bildirilib.
Xatırladaq ki, bundan əvvəlki sınaqlarda koronavirus peyvəndinin mənfi təsirləri arasında vurulduqdan bir gün ərzində bədən temperaturunun qalxması da qeyd edilmişdi.
Qeyd edək ki, “Sputnik V” avqust ayının ayının 11-də Rusiyada yeni növ koronavirusa qarşı hazırlanan ilk vaksin olaraq qeydiyyata alınmışdı. Rusiya prezidenti Vladimir Putinin qızı və Rusiyanın Müdafiə naziri Sergey Şoyqu da həmin vaksindən istifadə etmişdi.
araz.az
araz.az xəbər portalı.