“Mixeil Saakaşvilinin resurslarından istifadə etmək dövlətimiz üçün zəruridir”. Aktual.ge xəbər verir ki, bunu müxalif “Vahid Milli Hərəkat” partiyasının sədri Qriqol Vaşadze deyib. Partiya sədrinin sözlərinə görə, Gürcüstanın Mixeil Saakaşviliyə ehtiyacı var. ‘Gürcüstanın keçmiş prezidenti M.Saakaşvilinin seçkiyə qədər və ya sonra ölkəyə nə zaman qayıtmaq niyyəti var’ sualına cavab olaraq Q.Vaşadze deyib: “Saakaşvilinin bu barədə daha sonra özü danışacaq. O bu mövzuda sizlərə məlumat verəcək. Demək istəyirəm ki, hər şey Gürcüstanın siyasi mədəniyyətinə və Gürcüstan qanunvericiliyinə uyğun olacaq”.
araz.az xəbər portalı.