Türkiyə Yunanıstan ilə döyüşsə, türk ordusunun yanında olacağıq.
Publika.az xəbər verir ki, bu açıqlama Suriya Milli Ordusundan gəlib.
SMO-nun xüsusi təyinatlı qüvvələri bildirib ki, Türkiyə ilə Yunanıstan arasında müharibə başlasa, cəbhəyə yollanacaqlar: “Türkiyə bizim azadlığımız üçün döyüşdü və şəhidlər verdi. Biz də daim xidmətə hazırıq”.
[bt_youtube url=”https://www.youtube.com/embed/GPJttBISA0E” width=”560″ height=”310″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]
Bəşər Əsədə sadiq qüvvələrin çox sayda tankını məhv edən “Əbu Tov” ləqəbli raket mütəxəssisi Süheyl Həmmoud Türkiyəyə dəstəyini belə ifadə edib: “Türkiyəyə vəfa borcumuz var. İndi bu borcu ödəmək vaxtıdır. Əgər buna Yunanıstan sərhədinə getmək daxildirsə, sevə-sevə gedərik”.
Qeyd edək ki, Suriya Milli Ordusu Türkiyə Silahlı Qüvvələrinin “Zeytun budağı”, “Fərat qalxanı” və “Sülh çeşməsi” anti-terror əməliyyatlarında iştirak edib.
Zümrüd
araz.az xəbər portalı.