seventimes 5f0e8aee117012712fcae06186ffaf46 vs7u9e56wkr1gnxibqhfOnun hətta akademiyanın rəhbəri postundan uzaqlaşdırılacağı da gözlənilir.

Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri postunu itirdikdən sonra daha iki vəzifəsinə əlvida deməli olub. Bunlardan biri Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının, digəri isə Əfv Məsələləri Komissiyasının sədri vəzifəsidir

7times.az xəbər verir ki, hazırda Ramiz Mehdiyev 3 vəzifə daşıyır. O Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olmaqla yanaşı, Təhlükəsizlik Şurasının üzvü və Dövlət İdarəçilik Akademiyasının 1999-cu ildən fəaliyyət göstərən Dövlət qulluğu və kadr siyasəti kafedrasının müdiridir. Akademiyanın rəsmi veb-səhifəsində qeyd edilib ki, kafedra yarandığı vaxtdan onun rəhbəri Ramiz Mehdiyev olub.

Nəvəsinin toyu ilə bağlı qalmaqalda Ramiz Mehdiyevin görünməmiş səviyyədə tənqidə məruz qalması onun artıq hakimiyyət komandasında arzuolunmaz şəxs olduğu barədə qənaət yaradıb.

Bu baxımdan ehtimal olunur ki, AMEA prezidenti digər iki postu da itirə bilər. Onun hətta akademiyanın rəhbəri postundan uzaqlaşdırılacağı da gözlənilir. 

araz.az

araz.az xəbər portalı.