Naval.jpg


 Polis əməkdaşları fevralın 22-də Rusiya müxalifətinin liderlərindən biri Aleksey Navalnını saxlayıblar.

Araz.az-ın Rusiya mediasına istinadən verdiyi xəbərə görə, o bu haqda özünün Twitter hesabından məlumat yayıb.

“Dişim ağrıdı, stomatoloqun yanına getdim. Stomatoloqun yanından cıxdım – salam, ikinci operativ alay, siz saxlanılırsınız. Harasa aparırlar”, – o, yazıb.

Navalnı bir qədər əvvəl onu yanvarın 28-dəıki mitinqdə nəyə görə həbs etməmələri ilə bağlı ehtimal irəli sürüb. 

Onun fikrincə, bunu bir az gec edəcəklər ki, martın 18-də Rusiyada keçiriləcək prezident seçkilərindən təcrid etsinlər.

“Niyə? Ona görə ki, əgər məni yanvarın 28-də həbs etsəydilər, fevralın 28-də azadlığa çaxacaqdım. Putin isə istəyir ki, seçki ərəfəsi, daha doğrusu, seçki zamanı təcrid olunum. Ona görə, ehtimal edirəm ki, mənim həbsim martın 18-ni kamerada keçirmək şərtilə reallaşdırılacaq”, – siyasətçi yazıb.

PRESSDAY.az

araz.az xəbər portalı.