bandicam 2020 09 09 15 50 46 058Bu barədə bazarda çalışan şəxslər məlumat veriblər.

Məlumatda deyilir ki, ötən həftənin cümə günü yeni rəhbərlik təhvil-təslim edib və yeni qaydalarını açıqlayıb. Belə ki, həmin gündən etibarən bazarda yalnız topdan satışla məşğul olanlar onlayn satışla məşğul ola bilərlər. Əks təqdirdə, bu qaydaları pozanlar isə 2500 manat cərimə olunacaqlar.

Yusif Qədiməliyevin konkret olaraq hansı səbəbdən bazar rəhbərliyindən uzaqlaşdırıldığı məlum deyil. Ehtimallardan biri budur ki, Qədiməliyevin AMEA prezidenti Ramiz Mehdiyevlə yaxın olması və bazarda Prezident Admnistrasiyasının sabiq rəhbərinin paya məxsusluğu Ticarət Mərkəzinin əlindən alınmasına səbəb olub.

Qeyd edək ki, son dönəmlər belə hadisələrdə köhnə məmurların adlarının hallanması daha çox diqqət çəkir.

Sozcu.az-a daxil olan məlumata görə,”Binə” ticarət mərkəzini sahibi Kəbirə Məmmədovanın da vəziyyəti yaxşı deyil. Yaxın günlərdə onun da ticarət mərkəzinə “əlvida” deyəcəyi bildirilir.

araz.az

araz.az xəbər portalı.