“Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Qərargah rəisi, general-mayor Polad Həşimov iyulun 14-də Rusiyanın Ermənistana gizli şəkildə verdiyi hərbi texnikanın sayəsində vurulub”.
AzToday.az xəbər verir ki, bu iddianı tanınmış jurnalist Elçin Alıoğlu irəli sürüb.
Jurnalistin facebook səhifəsində ünvanların dəqiq adını göstərməsi məlumatı mötəbər dairələrdən aldığı qənaəti yaradır.
Məlumata görə, Rusiya istehsalı olan “Moskva-1” 1L67 radioelektron mübarizə kompleksi Rusiya HHQ-nin İl-76 yük təyyarəsi vasitəsilə Ermənistana daşınıb, sonra da təcili şəkildə Azərbaycanla həmsərhəd Tavuş rayonunu ərazisindəki mövqedə yerləşdirilib.
P.Həşimovun koordinatları da “Moskva-1” kompleksinə daxil olan RER 1L265E vasitəsilə aşkarlanıb. Daha sonra koordinatlar “Murmansk-BN” radioelektron mübarizə kompleksi və R-330M1P “Diabazol” avtomatlaşdırılmış kompleksi vasitəsilə təsdiqlənib.
Koordinatlar təsdiqlənəndən sonra yüksək dəqiqlikli raket atışı olub.
Rusiya Ermənistanı gizli, Moskvanın imzaladığı bütün beynəlxalq anlaşmalara və müqavilələrə rəğmən silahlandırmağa davam edir.
Xatırladım ki, Polad Həşimov İsmət Qayıbov və Məhəmməd Əsədovdan sonra, 1988-ci ildən etibarən Qarabağ savaşında həlak olmuş üçüncü generalımızdır.
araz.az
araz.az xəbər portalı.