bandicam 2020 09 09 16 55 51 458Gəncə şəhərində iki rayonun – Nizami və Kəpəzin ləğvi yerli idarəetmə strukturları ilə bağlı prosesin başlanğıcı sayıla bilər. Bu gedişat illərdir ki, söylənən icra hakimiyyətlərinin ləğvi məsələsinin əhəmiyyətini aktuallaşdırır.
Hakimiyyət nəhayət ki, yerli idarəetmə sisteminə yenidən baxmalıdır. İH-lərin ayrı-ayrı məmurları varlandırmaq, sərvət toplamaq tramplinindən savayı heç bir funksiya daşımadığını nəzərə alsaq, bu strukturların saxlanmasının heç bir mənası yoxdur.
Əksinə, yerli özünüidaəretmə orqanlarına, yəni bələdiyyələrə. o cümlədən ASAN Xidmətə regionlarda geniş səlahiyyətlər verilməlidir. Əslində bu siyasətin təməli 4 il əvvəldən qoyulub: devalvasiyadan sonra 33 rayona dotasiyanın kəsilməsi, “kiçik padşah”lara çevrilən icra başçılarının əksəriyyətinin ya işdən azad, ya həbs edilməsi, yerdə qalanlarının əl-qolunun yığılması, ən son isə Gəncədə iki rayonun ləğvi ilə İH-lərinin demontajı prosesin davamının gələcəyinə ehtimal yaradır. 
Xüsusən də icra başçılarının əksəriyyətinin keçmiş PA rəhbəri Ramiz Mehdiyevin rüşvətxor kadrlardan təşəkkül tapması əsas verir ki, hakimiyyət onları tamamilə “təmizləsin”, ən yaxşı halda bütövlükdə İH sistemini ləğv etsin. 
Çünki büdcəyə izafi xərc, vətəndaşlara problem, süründürməçilik predmeti olmaqdan başqa heç bir işə yaramırlar. Üstəlik, kadr dəyişiklikləri getsə belə, yenə də vəzifələrdə qalan bəzi mehdiyevçi icra başçıları əhalini incitməyə, korrupsiya ilə məşğul olmağa davam edirlər. 
Anaxeber.info-nun verdiyi məlumata görə, bu siyahıda yer alan məmurlardan biri də paytaxtın Suraxanı rayon icra başçısı Əziz Əzizovdur. 
Əvvəlcə Cəlilabad rayonunu, sonra Yasamal rayonunu viran qoyan Ə.Əzizov hazırda Suraxanıda ənənəvi idarəçilik metodlarını həyata keçirməkdədir. 
Köhnə bürokrat, R.Mehdiyev nomenklaturasına bağlı məmur olan Ə.Əzizov Suraxanıya rəhbər təyin ediləndən bəri əlini ağdan qaraya vurmayıb. 
Onun mehdiyevizmdən qalan qaydalarla işləməsi, prezidentin yeni siyasi kursu və modeli ilə hesablaşmaması açıq-aşkar bərq vurur.
İcra başçısı Suraxanıda heç bir vətəndaşın müraciətini həll etməyib, əksinə, kiminin obyektini sökdürüb, kimini narazı salıb.
Təkcə Əziz Əzizovla fokuslanmaq olmaz. Söhbət yerli idarəetmə orqanları ilə bağlı siyasətə əsaslı şəkildə əl gəzdirməkdən gedir.
Onun bir vinti də Suraxanı şefidir və Cəlilabad, Yasamal rayonlarındakı fəaliyyətindən heç nəylə fərqlənmir. Ən azı yeni təyin olunan gənc icra hakimləri həssasdırlar, şikayətlərin olmamasına çalışırlar.
Ə.Əzizov isə Mehdiyev sisteminin yetişdirməsi olduğu üçün yeni reallıqlarla barışa bilmir. Düzdür, onun adı həmişə keçmiş komitə sədri, hazırda PA-da şöbə müdiri vəzifəsi tutan Kərəm Həsənovla hallanıb.
Sadəcə, K.Həsənov onun təqdimatını siyasi rəhbərliyə verib, mövqeyini müdafiə edib, amma bütün tapşırıqlar Mehdiyevdən gəlib, Əzizov icra edib. Bu mənada Suraxanı İH rəhbərini akademikin kadrı saymaq olar.
Belə iddialar səslənir ki, icraedici orqanlarda dəyişikliklər prosesində növbəti fiqur Əziz Əzizov olacaq. Onun vəzifəsindən azad olunacağı istisna edilmir. Bir səbəb İH-lərin ləğvi ehtimalıdırsa, digər səbəb Mehdiyevə bağlı icra başçılarının vətəndaşları narazı salmasıdır.
Çox uzağa getməyək, ötən həftə Hövsan qəsəbəsi Hafiz Quliyev küçəsi, bina 24-ün sakini Almaz Məmmədova Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovdan və 104 saylı Mənzil Kommunal İstismar Sahəsinin (MİS, “JEK”) rəisi Mircəfər Həşimovdan qanunsuz tikiliyə imkan verdikləri üçün şikayətçi olduğunu bildirmişdi. Əzizov sakinlərin şikayətini həll etmək əvəzinə medianı ittiham etmişdi. 
Bundan əlav, sabiq nazir Əbülfəs Qarayevlə Suraxanı icra başçısını birləşdirən cəhət məlum olub. 
Söhbət Suraxanı rayonu ərazisində yerləşən tarixi məscidin dağıntıları altında baş tutan maliyyə yeyintilərindən gedir.
Bildirilir ki, 7 əsrdən çox yaşı olan bu tarixi memarlıq abidəsinin bərpası üçün ayrılan maliyyə vəsaiti sonradan müəmmalı şəkildə yoxa çıxıb. 
Bu işdə keçmiş nazir Əbülfəs Qarayevin Suraxanının hazırkı icra başçısı Əziz Əzizovla ortaq hərəkət etdiyi bildirilir.
Xatırladaq ki, həmin məscid Əmir Nizaməddin məscidi adlandırılır və kəndin ən qədim tarixi abidələrindən hesab edilir.
Çox ironik olsa da Məscidin ətrafında villa tikməyə sərəncam vermək isə icra başçısının nəzərindən qaçmayıb. Bax, məhz belə işlərin müəllifi olan icra başçılar ilə vidalaşmaq zamanıdır…

Anaxeber.info
Turan

araz.az xəbər portalı.