oronavirus infeksiyası haqqında hələ də dəqiq proqnoz söyləmək çətindir. Yoluxma ilə bağlı ölkəmizdə isə hələlik stabillikdir. Buna oxşar infeksiyalarda da yoluxma halları pik nöqtəyə çatdıqdan sonra azalma qeydə alınıb.
Bu fikirləri Teleqraf.com-a Azərbaycan Tibb Universiteti Ağciyər xəstəlikləri kafedrasının müdiri, dosent Rafiq Bayramov bildirib.
O, qeyd edib ki, virusun mutasiyaya uğraması əsas şərtlərdəndir: “Virus mutasiyaya uğradığı halda xəstəlik yaratma qabiliyyəti zəifləyir”.
Kafedra müdiri bildirib ki, bütün dünyada olduğu kimi ölkəmizdə də virusa görə karantin qaydalarında yumşalmalar tətbiq edilir: “Çünki yoluxmanın azaldığı təqdirdə qaydalarda yumşalmalar arzuolunandır. Bu yumşalmalardan sonra yoluxma sayının artmaması üçün diqqətli olmaq vacibdir. Çünki virus yox olmayıb. Gigyenik qaydalara ciddi əməl etməliyik”.
Rafiq Bayramov yaxın zamanlarda virusun mutasiya edərək zəifləməsinin gözlənildiyini bildirib: “Virus ya zəifləyib öldürücü qabiliyyətini itirəcək, ya da ona qarşı effektiv vaksin hazırlanacaq. İnandırıcıdır ki, yaxın zamanlarda biz bu halı yaşayacayıq və həyatımız normal məcrasına dönəcək”.
Rafiq Bayramov həmçinin effektli vaksinin hazırlanması ve kütləvi tətbiqi uçün vaxt lazım olduğunu da vurğulayıb: “Yaxın zamanda belə bir effetik vaksinin hazır olacağı ilə bağlı fikir söyləmək çətindir. Bəzən bildirilir ki, dekabr və yanvar ayına qədər vaksin hazır olacaq. Amma hələlik belə bir reallığı gözləmək üçün dəqiq söz söyləmək olmur”.
ATU-nun dosenti vurğulayıb ki, bu virus yeni olduğu üçün müxtəlif və bir-birini təkzib edən fikirlərin olacağı da normaldır.
araz.az xəbər portalı.