1599572220 5f5788fcef330Keçmiş baş nazir Əhməd Davudoğlu Ərdoğanın xarici siyasət müşaviri Məsut Hakkı Caşinin bu mövqeyinin tam əksini çıxış edirTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xarici siyasət müşaviri Məsut Hakkı Caşin tərəfindən son dərəcə təhdid dolu açıqlamalar verilib. Türkiyə  televiziya kanalında çıxışı zamanı o, yalnız Yunanıstanı deyil, həm də Fransanı təhqir edərək, Türkiyənin bu Qərbi Avropa ölkəsinin Şərqi Aralıq dənizindəki təyyarə daşıyan gəmisini batıracağı ilə təhdid edib. Bu fikirləri Yunanıstanın  “Orthodox Times” nəşri yazır.“Yunanıstan (Şərqi Aralıq dənizində – Red.) təbii qaz tapmadı və öz təyyarə daşıyan gəmisinə  sahib olmasa da, o buraya Türkiyəyə qarşı Fransız təyyarə daşıyan gəmisini göndərir. Yunanıstan başqasının atı ilə bizə hücum çəkir. Bu at vurulacaq. Bu birinci. İkincisi, Türkiyə səsi olmayan dövlət deyil. Hörmətli Prezidentimiz söyləyir ki, biz başqalarının haqlarına iddia etmirik, ancaq hüquqlarımızı pozmalarına icazə verməyəcəyik. Hüquqlarımızı pozan biri varsa, türk milləti onu parça-parça edəcək. Çox böyük (türk) ordu var. Ege və Aralıq dənizlərində kim bizimlə oynamağa cəsarət edər? ” – deyə, daha əvvəllər də  kəskin  açıqlamalarla gündəmə gələn Türkiyə liderinin xarici siyasət müşaviri bildirib.

Caşin orbununla kifayətlənməyib və Yunanıstanı Türk Hava Qüvvələrinin “tezliklə beş-altı Yunan təyyarəsini vuracağı” ilə təhdid edib.

“Yunanıstan, doğurdanmı,  yumruğumuzu dadmaq istəyir? Yunanlar bunu hələ dərk etmirlər … Yetərincə! Pilotlarımız tezliklə beş-altı yunan təyyarəsini vuracaq və biz müharibəyə gedəcəyik. Türk xalqı heç bir halda belə təzyiq altında ola bilməz. Türkiyə sizin sınaqdan keçirə biləcəyiniz ölkələrdən deyil. Türk əsgərlərinin süngüləri yerindədir və hazırdır. Əvvəllər düşməni güllə olmadan da süngü ilə bitirirdik. Beləliklə – irəli! ” – deyə Ərdoğanın məsləhətçisi bəyan edib.

“EADaily”nin məlumatına görə, Türkiyənin Şərqi Aralıq dənizində hərbi qarşıdurmaya cəlb olunma riski var, çünki ölkənin hazırkı rəhbərliyi “diplomatiyaya deyil, gücə üstünlük verir”. Bu fikri isə sentyabrın 3-də “Reuters”ə verdiyi müsahibəsində ölkənin keçmiş baş naziri, yeni yaradılan “Gələcək Partiyası” nın lideri Əhməd Davudoğlu söyləyib. Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla eyni komandada çalışdığı illərdə, əvvəlcə prezidentin müşaviri, daha sonra xarici işlər naziri olmuş keçmiş baş nazir “Qonşularla sıfır problemlər” xarici siyasət konsepsiyasının müəllifidir. Bu arada, Davudoğlunun 2016-cı ildə baş nazir postundan istefa etməsindən çox-çox əvvəl bu konsepsiya tamamilə iflasa uğradı  – Türkiyənin qonşu ölkələrlə köhnə problemlərinə yeni problemlər əlavə edildi.

Davudoğlunun sözlərinə görə, Ankaranın Afinanın Şərqi Aralıq dənizində on minlərlə kvadrat kilometr su səthinə iddialarından qətiyyən məmnun deyil, lakin Ərdoğanın yanaşması  yüksək risklərlə doludur. “Təəssüf ki, hökumətimiz lazımi diplomatik fəaliyyət göstərmir” deyə,  müsahibəsində təəssüfünü gizlətməyib və xəbərdarlıq edib ki, həm Yunanıstan, həm də Türkiyə əgər gərginliyin daha da böyüməsinə qərar verərlərsə, o zaman “istənilən böhran istənilən vaxt alovlana  və kəskinləşə bilər”.

araz.az

araz.az xəbər portalı.