Ötən ildən Azəriqaz Smart tipli sayğaclardan istifadəni dayandırıb. Bakidakı 2 milyona yaxın istehlakçının (abonent) smart tipli sayğacları tədricən mexaniki qaz sağğacları (Zenner G-4, və Natek G-4) ilə əvəz olunur. Sayğaclar 2018-ci ilin sonundan alınmağa başlanıb. Mütəxəssislər bu sayğacları (qeyd olunan mexaniki sayğacları) keyfiyyətsiz hesab edirlər. Bu halda bir neçə suala cavab almaq istərdim:
-8 il bundan öncə çox baha qiymətə ( 220-250 man) aldığınız smart tipli sayğacı niyə yenidən mexaniki sayğacla ( 60-65 man) əvəz edirsiniz?
-İstismar müddəti qurtarıbsa, niyə yenidən smart tipli sayğacla əvəz etmirsiniz?
-Smart tipli sayğac yaxşı sayğac idisə, indi niyə almırsınız?
-Baha və keyfiyyətsiz idisə niyə alırdınız? Məqsəd?
-Mexaniki sayğaclar smart tipli sayğaclarla əvəz olunanda 2000-dək insanı işdən azad etdiniz. İxtisar etmədiniz, həmişəki kimi həmkarlar təşkilatının köməyi ilə razılaşma sənədinə imza çəkdirməklə onları yola saldınız. Bu sənədə qol çəkən işçi 5 aylıq kompensasiya alıb, öhdəlik götürür ki, gələcəkdə SOCAR və onun tərəfdaşlarının vakant yerlərlə bağlı elan etdiyi müsabiqələrdə iştirak etməyəcək. Çox təəssüf ki, işçilər bu cümləni oxumadan sənədə imza atıblar. Sizin “biznes”inizin qurbanları həm insanlar, həm də xərclənmiş böyük maliyyə vəsaitləri oldu!
Mirvari Qəhrəmanlı
Hüquq müdafiəçisi
araz.az xəbər portalı.