“Barselona”ın kapitanı Lionel Messi komanda ilə birlikdə məşqlərə başlayıb.
araz.az qol.az-a istinadən xəbər verir ki, bir müddətdir komandadan ayrılacağı ilə gündəmə gələn və məşqlərə qatılmayan 33 yaşlı hücumçu artıq kollektiv hazırlıqda iştirak edir.
Xatırladaq ki, “Barselona”dan ayrılmaq istədiyini açıqlayan Lionel Messi məhkəmə məsələsinə görə qərarını dəyişdiyini bildirib. O, ən azı müqaviləsinin bitəcəyi 2021-ci ilin yayınadək komandada qalacağını açıqlayıb.
araz.az
araz.az xəbər portalı.