Türkiyə Milli Müdafiə Nazirliyi İdlibdə xidmət zamanı xəstələnən və xəstəxanaya aparılan general Sezgin Ərdoğanın bütün müdaxilələrə baxmayaraq, şəhid olduğunu açıqlayıb.
Respekt.az xəbər verir ki, nazirliyin yaydığı açıqlamada general Sezgin Ərdoğanın sentyabrın 9-da İdlib əməliyyat bölgəsində xidmət əsnasında xəstələndiyi bildirilir:
“Bütün müdaxilələrə baxmayaraq, Sezgin Ərdoğan şəhid oldu. Bizləri dərin bir acı və üzüntüyə boğan bu olayda həyatını itirən əziz şəhidimizə Allahdan rəhmət diləyirik, Türk Silahlı Qüvvələrinə və nəcib millətimizə başsağlığı verir və səbr diləyirik”.
araz.az
araz.az xəbər portalı.