“Xalqın hökmdarı, padşahı olmaq qərarına gələnləri bu xalq yola saldı. Şevardnadze də belə oldu, Saakaşvili də, İvanişvilini də bu aqibət gözləyir”. 24News.ge xəbər verir ki, bu sözləri “Avropalı Gürcüstan” partiyasının liderlərindən olan, Qiqi Uqulava deyib. Onun sözlərinə görə, Gürcü Arzusu Partiyası bir ümidsizlikdir və Gürcüstanın bu partiya ilə hər hansı bir gələcəyi yoxdur: “Bu gün Gürcü Arzusu partiyası təmamilə ümidsizliyə düçar olub. Onların qələbə qaznması isə bu ümidsizliyin davamı deməkdir. Tea Tsulukiani 9 illik idarəçilikləri dövründə keçmişdən danışmağa başlayır və gələcək barəsində bir söz belə demir. Ona görə demir ki, Gürcüstanın Gürcü Arzusu partiyası ilə hər hansı bir gələcəyi yoxdur”, – deyə Uqulava bildirib.
araz.az xəbər portalı.