Tərtərin icra başçısı Müstəqim Məmmədov 96 saylı Tərtər Peşə Liseyinə gedən səkini zəbt edib.
Azsiyasət.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə həmin ərazidən çəkilmiş video yayılıb.
Videonu “Facebook” hesabında hüquqşünas Mehman Muradlı paylaşıb.
Müzakirəyə səbəb olan videoda aydın görünür ki, icra başçısı məktəblə yanaşı villa tikdirib. Villanın divarları isə az qala, yola qədər çıxır. Səkinin digər yarısında isə villanın ətrafı yaşıllıq olsun deyə, ağaclar əkilib. Beləcə, səki ilə hərəkət etmək mümkünsüz hala gəlib. İndi şagirdlər məcburdurlar ki, maşın yolu ilə hərəkət etsinlər. Bu isə çox təhlükəlidir. Videonu çəkən şəxs “Əgər Müstəqim Məmmədov yaşıllıq salmaq istəyirsə, məktəb səkisini niyə bağlayır”, – deyə sual edir.
Həmin videonu təqdim edirik:
[bt_youtube url=”https://www.youtube.com/embed/EWYjp3a9OQQ” width=”560″ height=”310″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]
araz.az
araz.az xəbər portalı.