Cəlilabad rayon təhsilində vəziyyət bərbad olaraq qalır. Bu barədə dosye.org-a daxil olan məlumatlarda bildirilir.
Daha sonra məlumatda vurğulanır ki, Təhsil Nazirliyinə edilən müraciətlərə və saytlarda verilən sübutlu faktlara baxmayaraq Cəlilabad RTŞ müdiri Qərənfil Əhmədova qanunazidd əməllərinə davam etməkdədir.
Qüsurlu şagirdlər üçün yaradılmış komissiyada pul verilmədiyi üçün xəstə uşaqlar və onların valideynləri get-gələ salınıraq incidilir. Xatırladaq ki, şöbə müdirinin qanunsuz əməlləri bununla bitmir. Belə ki, Q.Əhmədovanın şəxsi obiyektinə çevrilən rayon təhsilində 65 yaşından yuxarı müəllimlər ilə saatına 100 azn alınaraq müqavilə bağlandığı məlum olub.
Təhsil Nazirliyi pandemik şəraitə görə rəsmən qəbulu 30 sentyabra qədər dayandırmasına baxmayaraq Q. Əhmədova pul almaq məqsədilə qəbullarını davam etdirir. Bu qədər qanun pozuntuları etməsinə, sosial şəbəkələrdə səs yazısı olmasına baxmayaraq tədbir görülməməsi təhsil işçilərini və sakinləri daha da aqressivləşdirir. İstər Təhsil Nazirliyi, istərsədə icra hakimiyyətindən adı çəkilən qurumla bağlı heç bir tədbir görülmür.
Əksinə, Cəlilabad RİH başçısı Namiq Zeynalov özünü müdafiə etmək məqsədi ilə saytımıza qarşı addımlar atmağa başlayıb. Belə ki, icra hakimiyyətindən bəzi saytların elektron ünvanlarına məlumat göndərərək, güya rayon rəhbərliyi haqqında şər və böhtan məlumatlar dərc edilir.
Əslində, Cəlilabad təhsilində baş verən oyunlardan icra başçısı bir başa məlumatlıdır. Yox, əgər həqiqətəndə N. Zeynalovun məlumatı yoxdursa, deməli prezidentin etimadını doğrulda bilmir və ona həvalə olunan işin öhtəsindən layiqincə gəlmir. Necə ola bilər ki, TŞ-də açılan bazardan icra başçısının məlumatı olmasın? Bu istiqamətdə araşdırmalarımız davam edir…
DOSYE.ORG
araz.az xəbər portalı.