camal-ebu-hesen.jpg


 Bəhreynli millət vəkili Camal Əbu Həsən yaydığı bəyanatla İranın Güney Azərbaycanı işğal etdiyini bildirərək, BMT-ni bu məsələyə münasibət bildirməyə çağırıb. 

Avropa.info ərəb mediasına istinadən xəbər verir ki, Bəhreyn Millət Məclisinin Xarici əlaqələr və müdafiə komissiyasının üzvü, millət vəkili  Camal Əbu Həsən Güney Azərbaycanın İran tərəfindən işğal edildiyini bildirərək, BMT-ni Güney Azərbaycanı müstəqil ölkə kimi tanımağa çağırıb.

 “Güney Azərbaycanın İran işğalından xilas olması və müstəqil dövlət qurma mücadiləsini dəstəkləyirik. BMT-ni Güney Azərbaycan millətinin haqlı savaşına dəstək olmağa çağırırıq” deyə  Camal Əbu Həsən bildirib.

araz.az xəbər portalı.