bandicam 2020 09 11 20 57 28 457Azərbaycan Prezidentinin sabiq köməkçisi Əli Həsənov sosial şəbəkələrdə və bəzi KİV-lərdə ona məxsus olduğu iddia edilən mülklərlə bağlı məsələyə aydınlıq gətirib.

Reyting.az-ın məlumatına görə, Əli Həsənov sosial şəbəkə hesabında yazıb ki, Həbib Müntəzir növbəti dəfə özünün “sehirli nağıllar” silsiləsindən olan “jurnalist araşdırması”nı yayıb: “Bu adamın peşəsi neçə illərdir ki, Almaniyada oturub xüsusi sifarişlər yerinə yetirməklə, cəfəng nağıllar uydurub Azərbaycanda hakimiyyətdə təmsil olunmuş və hazırda da təmsil olunan məmurları gözdən salmaqdan ibarətdir. Bu dəfə də onun mənim ailə mülküm kimi sadaladığı əmlak və obyektlərin hər hansı birinin mənə və ailəmə aid olduğunu kim sübut etsə, onların hamısını dövlətimizə qaytarmağa hazıram”.

araz.az 

araz.az xəbər portalı.