erdogan_kipr_(1).jpg


 Bir ölkənin Müdafiə Nazirliyinin sözçüsü çıxır və Afrində mülki insanların öldürüldüyünü deyir. Ay vicdansız, əxlaqsız, Şərqi Qutada hər gün yüzlərlə uşağın, qocanın alçaqcasına qətl edilməsindən kiçik bir narahatlıq keçirmirsən, ancaq terrorçulara qarşı aparılan mübarizədən narahatlıq keçirib, saxta xəbərlər yayırsan.

Araz.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, Türkiyə mülki vətəndaşlarla terrorçular arasında fərq qoymasaydı, Afrin əməliyyatı çoxdan bitmişdi.

Ərdoğan daha sonra çıxışında CHP sədri Kamal Kılıçdaroğlunu da sərt tənqid edib:

“Biz Kamal əfəndinin ağzı ilə hərəkət etmirik. Afrinə girməyimizi doğru hesab etmirmiş. Onsuz da sənin nəyi doğru hesab etdiyin bəlli deyil. PKK terrorçularını 40 cildə salaraq qanuniləşdirməyə çalışdıqlarını üzlərinə vurmaqdan biz usandıq, onlar usanmadılar”. 

Axar.az

araz.az xəbər portalı.