“Nehrəm” MTK ölkəmizin qanunlarını heçə saymaqla, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qadağasına baxmayaraq, bina tikintisini davam etdirir”.
araz.az “Report”a istinadla xəbər verir ki, bu barədə Baş Prokurorluğun Instaqram sosial şəbəkə hesabında “Prokorluqla sual-cavab” sessiyasında bina sakinləri yazıb.
Sakinlər bildirirlər ki, söhbət Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsi 33, məhəllə 945-də inşa edilmiş 19 mərtəbəli “Nehrəm” MTK yaşayış binasından gedir:
“Mühüm bir faktı nəzərinizə çatdırmaq istərdik ki, hazırda tikilməsi üçün qanunsuz sənədlərin hazırlanmasına vəzifə saxtakarlığı edilərək icazə verilib. Belə ki, 2004-cü ildən mövcud olan binanı, yeni blokun tikilməsi üçün hazırlanmış sənəddə vəzifəsindən sui-istifadə edərək bəzi məmurlar göstərməyiblər”.
Əlavə olunub ki, MTK-nın təsisçisi Hacı İbrahim Nehrəmlinin qardaşı, ATV-nin keçmiş prezidenti Tağı İbrahimovdur, onun oğlu Elşən İbrahimov isə faktiki rəhbərlik edir.
Sakinlər müraciətin araşdırılmasını xahiş ediblər.
Prokurorluqdan bildirilib ki, müraciət qeydə alınıb və nəticə ilə bağlı məlumat veriləcək.
araz.az
araz.az xəbər portalı.