1599818098 vuqarbayramov1“Əslində, nazirlik özü də etiraf edir ki, bu ilin 8 ayında Füzuli rayonundan olan 217 şəxslə bağlı müraciətin cəmi 37-nə əlillik dərəcəsi təyin olunub və 160 göndərişə birbaşa imtina verilib”.

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin onunla bağlı ittihamına cavabında deyib. O bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlillik dərəcəsinin verilməsi ilə bağlı problemlərin həllinə diqqət ayırmaqdan daha çox, təəssüf ki, Füzuli Rayon Mərkəzi Xəstəxanasının təqdim etdiyi göstəricilərin təhlilini aparıb:
“Bu rəqəmlər eyni mənbədən alınıb. Söhbət Rayon Mərkəzi Xəstəxanasının təqdim etdiyi göstəricilərdən gedir. Əslində, nazirlik özü də etiraf edir ki, bu ilin 8 ayında Füzuli rayonundan olan 217 şəxslə bağlı müraciətin cəmi 37-nə əlillik dərəcəsi təyin olunub və 160 göndərişə birbaşa imtina verilib. Nazirliyinin özünün təqdim etdiyi rəqəmlərdə əlilliyin təyinatı və imtina faizləri arasında fərqin böyüklüyünü asanlıqla görmək olar. Göründüyü kimi, nazirliyin rəqəmləri xəstəxanadan aldığımız göstərciləri ilə müqayisədə daha bədbindr. Bu isə ondan xəbər verir ki, bu sahədə vəziyyətin yaxşılaşdırılması, şəffaflıq və səmərəlliyinin artırılması üçün mövcud mexanizmin təkmilləşdirilməsinə ehtiyac var”.
Deputat qeyd edib ki, rəqəmlərdə deyil, vətəndaşa əlillik dərəcələri təyin edəndə yanlışlığa yol verməmək lazımdır.
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov millət vəkili Vüqar Bayramovu əlilliyin təyinatındakı çətinliklər, müraciətlərə imtinalar, o cümlədən Füzuli rayonu üzrə statistik məlumatlarda bir sıra yanlışlıqlara yol verdiyini deyib.
Xatırladaq ki, Vüqar Bayramov “parlamentdə təmsil etdiyim Füzuli rayonunda bu ilin 8 ayında uşaqlara əlilliyin təyin edilməsi barədə göndərilən 139 müraciətin 99-na birinci mərhələdə imtina cavabı gəlib. Həmin müddətdə əlillik dərəcəsi almaq istəyən yaşı 18-dən çox olan 152 vətəndaşımızın 116-sı imtina ilə kifayətlənib. Bu, o deməkdir ki, ümumi müraciətlərin 74 faizinə elektron müraciətdən sonra imtina cavabı verilib”, – deyə bildirmişdi.
Bahar Rüstəmli

araz.az xəbər portalı.