Vətəninfo.az
Ramiz Mehdiyevin qeyei-rəsmi ortağı olan, AF Holdinq Şirkətlər Qrupunun prezidentidir. “Uğur-97” şirkətinin prezidenti, Azərbaycan Memarlar Birliyinin üzvüdür,həmçinin “AF Hotel & Aqua Park”ın sahibi Azay Möhlətov ölkəni tərk edib.
Həmin xəbərdə İddia edilirdi ki, Azay Möhlətov Ramiz Mehdiyevlə bağlı baş verən hadisələrdən sonra,müalicə adı ilə Almaniyaya gedib.İddialara görə Möhlətov Ramiz Mehdiyevin bir nömrəli,ən yaxın adamlarından biridir.
Qeyd edək ki, “Boz kardinal”ın qeyri rəsmi “kassası” hesab edilən Möhlətov hazırda Azərbaycanda yuxarıda qeyd etdiyimiz holdinqlərlə yanaşı,bank sektorunda da aktiv fəaliyyət göstərir və onun nəzarətində “AfBank” da dayanır.
Redaksiyamıza Azay Möhlətovla bağlı daxil olan yeni məlumatda isə iddia edilir ki, cənab Möhlətov Mehdiyevin bütün biznes şəbəkəsinə nəzarəti öz əlində cəmləşdirmək qərarına gəlib,elə bu üzdən də Ramiz Mehdiyev “Sədərək Yusif”kimi tanınan Yusif Qədimbəylinin nəzarətində olan biznes şəbəkəsini də Azay Möhlətova həvalə etməyə razılaşıb.İddialara görə elə Yusif Qədimbəylinin “Sədərək Ticarət”Mərkəzindən uzaqlaşdırılmasının arxasında da elə Azay Möhlətov dayanır.
Məlumatda o da iddia edilir ki,Möhlətov Almaniyaya xəstəlik adı ilə getmədən öncə Yusif Qədimbəyli ilə ciddi mübahisə belə ediblər.Səbəb isə Sədərək TM-nin ərazisində Azay Möhlətovun “Evro Hom” TM-i inşa etmək istəyi olub.
Ramiz Mehdiyev də Yusif Qədimbəyliyə Azay Möhlətov üçün Sədərək TM ərazisində yer ayırmasını dediyi,amma ikincinin buna əməl etmədiyi deyilir.
Ramiz Mehdiyevdə Yusif Qədimbəylini cəzalandıraraq bütün biznes şəbəkəsinə Azay Möhlətovu gətirməklə bağlı göstəriş verib.
Amma iddia edilir ki,Möhlətovun Mehdiyevdən icazəsiz ölkəni tərk etməsi “Boz kardinal”ı ciddi şəkildə özündən çıxarıb.
İddialara görə Möhlətov Mehdiyevin göstərişi ilə təcili Bakıya qayıtmağa hazırlaşır.Amma onun qayıdıb-qayıtmayacağı bəlli deyil.
araz.az
araz.az xəbər portalı.