“”Kaspi” Təhsil Mərkəzinin son aylarda diqqət çəkən passivliyi maliyyə problemləri ilə bağlı deyil. Bu barədə iddialar əsassızdır”.
Bu barədə Modern.az-a “Kaspi” Təhsil Mərkəzinin İctimaiyyətlə əlaqələr bölməsindən bildirilib.
Qeyd edilib ki, mərkəzin buna qədərki passivliyi yeni tədris ili ilə bağlı qərarların açıqlanmaması səbəbindən olub:
“Mərkəz fəaliyyətini davam etdirir. Təhsil Nazirliyinin verdiyi bəyanatdan dərhal sonra sosial şəbəkələrdə, televiziya kanallarında reklamlarımız yayımlandı. Diqqət etsəniz sosial şəbəkələrdə və televiziyada hər gün reklamlarımız yayımlanır.
Kaspi Təhsil Mərkəzinin maliyyə problemləri yaşaması, fəaliyyətini dayandırması haqqında iddialar tamamilə əsassızdır. Ölkədəki pandemiya ilə bağlı vəziyyət pisləşməzsə, təhsillə bağlı vəziyyət dəyişməzsə, biz də yeni tədris ilindən hər zaman olduğu kimi tədris prosesini həyata keçirəcəyik”.
Xatırladaq ki, “Kaspi” Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovun həyat yoldaşıdır.
araz.az
araz.az xəbər portalı.