ABŞ Hərbi Aviasiya Qüvvələrinə aid B-52H bombardman təyyarəsi Rusiyaya qanadlı raket atıb.
Turkustan.info xəbər verir ki, bu barədə Aerokosmik Qüvvələrin Baş Komandanı Sergey Surovikin xarici hərbi attaşelərin brifinqdə danışıb.
O bildirib ki, hadisə avqust ayının sonunda olub.
Xəbərə görə, 31 avqustda üç təyyarə İngiltərənin “Fairford” hava bazasından qalxdı və Hollandiya, Almaniya, Polşa, Baltikyanı ölkələr üzərindən Estoniyanın “Tapa” poliqonunun ərazisinə və Baltik və Şimal dənizlərinin hava məkanına uçub. Bu əsnada B-52H ekipajları Kalininqrad bölgəsindəki və ölkənin digər qərb bölgələrindəki hədəflərə süni raket zərbəsi ilə qanadlı raketlərin sınağını həyata keçirib.
Qeyd edək ki, Rusiya Hərbi Aviasiya Qüvvələri avqust ayında Baltik, Barens, Qara və Oxot dənizləri üzərindəki xarici kəşfiyyat təyyarələrinin qarşısını almaq üçün 27 dəfə təyyarələrini havaya qaldırıb.
araz.az
araz.az xəbər portalı.