AZpressAZ 7fc522f9d1031f4c06d034d39 oLatın Amerikası və Afrikanın ortasında, Atlantik Okeanının cənubunda Tristan de Cunha adlı ada yerləşir. Hazırda adada cəmi 300 nəfər sakin yaşayır.

Məlumata görə, ada 1506-cı ildə admiral Tristao de Cunha tərəfindən kəşf edilib və onun şərəfinə də bu cür adlandırılıb.

araz.az  “musavat.com”a istinadən xəbər verir ki, dünya ölkələrindən uzaq olan bu adaya getmək çox çətindir. Tristan de Cunha İngiltərənin tabeliyindədir. Lakin onun Britaniya ilə arasındakı məsafə çox uzaqdır. Belə ki, ada İngiltərənin paytaxtı Londondan 8600 kilometr məsafədədir. Adaya ən yaxın yaşayış məntəqəsi 2400 kilometr məsafədə Cənubi Afrika Respublikasının Keyptaun şəhəridir.

Tristan de Cunha adasında, hər birindən 1 ədəd olmaqla supermarket, xəstəxana, poçt məntəqəsi, məktəb, muzey və şirniyyat evi vardır.

Adada demək olar ki, puldan istifadə edilmir. Çünki kənd təsərrüfatı və heyvandarlıqla məşğul olan ada sakinlərinin pula ehtiyacı yoxdur.

Yerli sakinlər kartof əkir, qoyunçuluqla məşğul olurlar. Qoyunlara xüsusi nəzarət edirlər ki, onlar adanın bütün otunu otlayıb qurtarmasınlar və ya sakinlərdən kimsə daha çox varlanmasın.
Sakinlərin bir qismi isə balıqçılıqla məşğul olur.

Bütün adada torpaq ada sakinlərinə məxsus olduğundan kənar adamların gəlib burada məskunlaşması qadağandır. Britaniya adaya üç il müddətinə müəllim və bəzən polis göndərir. Onlar icma üzvü olmadıqlarından burada əkib-becərə, qoyun saxlaya, balıq tuta bilmirlər. 

araz.az

araz.az xəbər portalı.